EN

FTB direktoru Tramp vəzifəyə başlamazdan əvvəl istefa verəcək

FTB-nin direktoru Kristofer Rey ABŞ-ın 47-ci prezidenti seçilən Tramp prezidentliyə başlamazdan əvvəl tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp yeni müddətdə FTB direktoru vəzifəsinə Kaş Patelin namizədliyini irəli sürdükdən sonra Reyin hazırkı vəzifəsini tərk edəcəyini açıqlayacağı gözlənilirdi. Rey istefa qərarını, “Bu mənim üçün asan olmayacaq” sözləri ilə açıqlasa da, Tramp qərarı, “Amerika üçün əla gündür” sözləri ilə dəyərləndirib.

FTB direktoru Rey verdiyi yazılı açıqlamada 20 yanvar 2025-ci ildə başa çatacaq Joe Biden müddətinin sonunda vəzifəsini tərk edəcəyini açıqladı. Tramp isə yeni müddətdə FTB direktoru vəzifəsinə Kaş Patelin namizədliyini irəli sürüb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
11
turkustan.az

1Sources