EN

Bu xəritələri tanımasaq, Ermənistan olmayacaq - Nikol

Ermənistanın SSRİ dövründə mövcud olan sərhədlərdən imtina etməsi suverenlik və dövlətçilikdən imtina etmək deməkdir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində paylaşım edib.

"Açıq deməliyəm ki, belə yanaşma Ermənistan üçün çox təhlükəlidir. Çünki SSRİ dövrünün xəritələrindən imtina dövlətçilik və müstəqillikdən imtina deməkdir. Ona görə ki, biz müstəqilliyimizi Sovet Ermənistanı ərazisində əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınmış ərazimizə sədaqət təhlükəsizlik üçün vacibdir və bizim üçün bufer rolunu oynayır", - N.Paşinyan bildirib.

O vurğulayıb ki, əgər Ermənistan vətəndaşları özləri beynəlxalq səviyyədə qəbul edilmiş ərazini tanımırlarsa, bununla başqalarına da onu tanımamaq imkanı verirlər.
Chosen
7
13
sherg.az

10Sources