Müğənni Fədayə Laçın paylaşımı ilə yenidən sosial şəbəkələrdə gündəmə gəlib.
"Cebheinfo.az" xəbər verir ki, sənətçi öz şəxsi "Instagram" səhifəsində oğlu, qəzəlxan Əlhəm Dəşti ilə birgə fotosunu izləyiciləri ilə bölüşüb.
Paylaşımında Fədayə Laçın şəkilə "Mən anamın əsəriyəm, Əlhəm isə mənim əsərim..." sözlərini yazıb.
Qeyd edək ki, 29 yaşlı Əlhəm Dəşti ixtisasca filoloqdur və Odlar Yurdu Universitetinin məzunudur. O, həmçinin yazıçılıq fəaliyyəti ilə də məşğuldur.
"Cebheinfo.az"