EN

Dərsdən qayıdarkən ölən məktəblinin meyiti tapıldı - Yenilənib

Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndi ərazisində baş verib.

2010-cu il təvəllüdlü Zakirli Vüqar Nurlan oğlu dünən saat 16 radələrində dərsdən evə qayıdarkən Yuxarı Şirvan kanalının ətəyinə yaxınlaşaraq əlini yumaq istəyib. Bu zaman onun ayağı sürüşərək kanala düşüb.

Hazırda məktəblinin meyitinin tapılması istiqamətində iş aparılır.

***

Həyata keçirilən tədbirlər nəticəsində V.Zakirlinin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Chosen
20
2
qafqazinfo.az

8Sources