EN

BMT Qəzzada atəşkəs tələb edən qətnamə qəbul etdi


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, qətnaməni 158 dövlət dəstəkləyib, 9 dövlət əleyhinə çıxıb, 13 dövlət bitərəf qalıb.
Qətnamənin qəbulu üçün üçdə iki səs tələb olunub.
BMT Baş Assambleyasının qətnamələri, Təhlükəsizlik Şurasının sənədlərindən fərqli olaraq, məcburi hüquqi qüvvəyə malik deyil.
Əlcəzair, Banqladeş, Qvineya, Misir, İndoneziya, İordaniya, Qətər, Küveyt, Livan, Malayziya, Səudiyyə Ərəbistanı və Fələstin Dövlətinin təşəbbüsü ilə BMT Baş Assambleyasının bu qətnaməsi Qəzzada atəşkəs tələbinə həsr olunub.
Sənəd dərhal, qeyd-şərtsiz və daimi atəşkəsə, bütün girovların azad edilməsinə və humanitar yardıma maneəsiz çıxışın təmin edilməsinə ehtiyac olduğunu bir daha təsdiqləyir.
Chosen
2
3
yeniavaz.com

10Sources