EN

İngiltərə brendindən super avtomobil: 2,5 saniyədə...

İngiltərənin avtomobil istehsalçısı "Aston Martin" yeni modelini təqdim edib.

Hit.az xəbər verir ki, sözügedən super model "Valhalla" adlanır.

Daha dəqiq desək, bu model uzun illərdən sonra yenidən istehsal olunacaq. "Valhalla" şirkətin ilk şarj oluna bilən modeli olacaq. Avtomobil 4,0 litrlik iki turbo V8 mühərriki ilə təchiz olunub. 828 at gücündə olan model üç elektrik mühərriki sayəsində 1080 at gücünə qədər çıxa bilir.

Üstəlik, avtomobilin 0-dan 100 kilometr sürətə çıxma zamanı isə cəmi 2,5 saniyədir. Bu isə olduqca inanılmaz bir göstəricidir. "Valhalla" 350 kilometrə qədər də sürət yığa bilir. Avtomobili "Sport", "Sport+", "Race" və "EV" modlarında idarə etmək olar. Görünüşü isə "Formula 1" avtomobillərinə olduqca bənzəməsi ilə diqqət çəkir.

Pərviz

Chosen
21
hit.az

1Sources