EN

Ağ Ev "Abrams" tanklarının yararsız olduğunu etiraf etdi

Amerika prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan diqqət çəkən açıqlamalar verib. Military Watch Magazine-nin yaydığı məlumata görə, o, bildirib ki, ABŞ istehsalı olan “Abrams” tankları döyüş meydanında Ukrayna qoşunları üçün yararsız olub və cəbhədəki mövcud vəziyyətə adekvat təsir göstərməyib. 

“Abrams tanklarına gəlincə, biz "Abrams" tanklarını Ukraynaya göndərmişik. Bu tank bölmələri əslində azdır, ona görə də bu münaqişədə onlar üçün ən faydalı avadanlıq sayılmır”, - Sallivan bildirib.

Nəşr qeyd edib ki, Qərbdə "Abrams"la bağlı konsensus dəyişib. Güman edilir ki, bu səbəbdən Avstraliya bu tanklara üstünlük verməyə bilər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
45
news365.az

1Sources