EN

Məktəblərdə müəllim çatışmazlığı var? - Nazirdən AÇIQLAMA - YENİLƏNİB

“Məktəblərdə vətəndaş şikayətləri olur. Hər bir hal araşdırılır”.

Avtosfer.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

“Məktəblərdə zorakı hallar olmasına gəlincə, 1 milyon 500 min şagird arasında xoşagəlməz hallar da qaçılmazdır. Hüquq pozuntusu formasında hal olursa, bununla aidiyyəti qurumlar məşğul olurlar”, - deyə E.Əmrullayev bildirib.

Nazir, həmçinin şagird sayı az olan məktəblərin bağlanması iddialarına da aydınlıq gətirib:

“Sadəcə elə məktəblər var ki, cəmi 2-3 şagirdi var. Həmin şagirlərin keyfiyyətli təhsil alması üçün bəzi məktəblər birləşdirilir”.

***

"Azərbaycanda məktəblərdə müəllim çatışmazlığı yoxdur".

Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, ölkəmizdə 4500-ə yaxın məktəb binası var:

“İstismar müddəti başa çatmış məktəblərlə bağlı iş hər il davam etdirilir. Mərhələli şəkildə bu iş bitəcək. Eyni zamanda azad edilmiş ərazilərdə də yeni məktəblər tikilir”.

Chosen
29
10
avtosfer.az

10Sources