EN

Tramp Çin sədrini andiçməyə dəvət edib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpini yanvarda keçiriləcək inauqurasiya mərasiminə dəvət edib.

Herbiand.az xəbər verir ki, bu barədə CBS öz mənbələrinə istinadən xəbər verib.

Məlumata görə, Tramp Çin liderini noyabrın əvvəlində, ABŞ prezident seçkilərində qələbə qazandıqdan az sonra dəvət edib. Si Cinpinin dəvəti qəbul edib-etmədiyi bəlli deyil. Çinin Vaşinqtondakı səfirliyi də məsələyə şərh verməyib.

CBS News qeyd edir ki, Donald Trampın komandası andiçmə mərasiminə digər dünya liderlərinin dəvət edilməsi imkanlarını müzakirə edir. Mənbələrdən biri bildirib ki, dekabrın 9-da Floridadakı Mar-a-Laqo iqamətgahında Trampla görüşən Macarıstanın baş naziri Viktor Orban dəvəti “nəzərdən keçirir”.

Xatırladaq ki, Donald Tramp ilk prezidentlik dönəmində Çinlə ticarət müharibəsi aparıb. Tramp yeni müddətə seçildikdən sonra bütün Çin idxalına 10 faiz rüsum tətbiq etməyə hazır olduğunu bildirib. Trampın təhdidlərini şərh edən Çin təmsilçiləri ticarət müharibəsindən nə ABŞ-ın, nə də Çinin fayda görməyəcəyini bildiriblər. Təhdidlər fonunda Pekin bir sıra ikili təyinatlı malların ABŞ-a ixracını qadağan edib.

Chosen
39
herbiand.az

1Sources