EN

“Nyukasl” stadionunun azarkeş tutumu artırılacaq 

İngiltərənin “Nyukasl” klubu ev oyunlarını keçirdiyi “Sent-Ceyms Park”ı genişləndirmək niyyətindədir.

Bakıvaxtı.az “The Telegraph”a istinadən xəbər verir ki, klub bununla bağlı planlarını 2025-ci ilin əvvəlində həyata keçirməyi düşünür.

Stadionun “Qallou Qeyt” adlandırılan tribunasının təkmilləşdirilməsi, bununla da ümumi tutumun təxminən 65 min nəfərə çatdırılması planlaşdırılır. Genişləndirmə prosesi bitdikdən sonra “Sent-Ceyms Park” İngiltərədə ikinci ən böyük stadion olacaq. Hazırda ən böyük arena “Mançester Yunayted” klubunun ev oyunlarını keçirdiyi “Old Trafford”dur.

“Sent-Ceyms Park"ın genişləndirilməsinin təxmini xərcləri 800 milyon - 1 milyard funt-sterlinq arasında qiymətləndirilir. Rəhbərlik yeni stadionun tikintisini də nəzərdən keçirir. Bu isə 2-3 milyard funt-sterlinqə başa gələ bilər.

Qeyd edək ki, “Nyukasl” hazırda İngiltərə Premyer Liqasında 20 komanda arasında 20 xalla 12-ci pillədə qərarlaşıb.

Chosen
43
1
bakivaxti.az

2Sources