EN

Quba "xan"ı bələdiyyə sədrinin bu əməllərindən xəbərsizdir? - VİDEO

QubaQuba rayonun Ağbil kəndində səlahiyyət sahibləri deyəsən köhnə qaydalarla yeni sərvətlər toplayıb, səltənət qurmağa çalışırlar."DogruXeber.az" xəbər verir ki, bu barədə Ağbil kənd sakini Müzəffərov Ümid Cavanşir oğlu məlumat verib.Onun sözlərinə görə, "kənd bələdiyyəsinin sədri Şahin Tağıyev sədr olduğu bu 15 il ərzində yalnız özünə və yaxınlarına xidmət edir. Bələdiyyə torpaqlarını qanunsuz zəbt edərək, özünün və yaxınlarının istifadəsinə verən bələdiyyə sədri bələdiyyə balansında olan torpaq sahələrinin bir qismini də 99 illik icarə müqaviləsi ilə sahibkarlara satıb. Özünün və qardaşlarının zəbt etdiyi ərazilərdə isə ferma tikib, böyük bir süni göl yaradıb, heyvandarlıq və balıqçılıq təsərrüfatı ilə məşğul olur".Bundan əlavə, Ümid Müzəffərov qeyd edir ki, "kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, həmçinin yol üçün nəzərdə tutulmuş əraziləri həyətyanı torpaq kimi sakinlərə satıb, camaatı bir-birinə qırdırır. Kənd icra nümayəndəsi ilə əlbir olub, həmin satdıqları ərazilərdə qanunsuz olaraq yaşayış evlərinin tikilməsinə şərait yaradırlar.Kənddə özbaşınalıqdır. İcra nümayəndəsi ilə bələdiyyə sədri nə istəyirlər, onu da edirlər. Mən dəfələrlə icra hakimiyyəti başçısının qəbulunda olub, bu barədə barədə məlumat vermək istəsəm də onun qəbuluna düşə bilmədim.Ümumiyyətlə İlqar Mahmudov bizim rayona icra başçısı gəldiyindən bəri mən onun üzünü də görməmişəm.".Qeyd edək ki, Ümüd Müzəffərovun müraciətilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı.Aidiyyatı qurumlara göndərilməsi üçünsə tərəfimizdən artıq rəsmi sorğular hazırlanıb.Odur ki, bütün bunlar barəsində qarşıdakı günlərdə daha geniş araşdırmalarımızı təqdim edəcəyik.Diqqətiniz bizdə olsun!Redaksiamız hər kəsin söz haqqını tanıyır.DogruXeber.az

Chosen
23
yenisoz.az

1Sources