EN

Nazir Zəngəzur dəhlizindən danışdı

Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan Respublikası öz ərazisində işləri sürətlə həyata keçirir və dəmir yolunun tikintisinin əhəmiyyətli hissəsində işlər artıq başa çatdırılıb, digər hissəsində işlər davam etdirilr. Eyni zamandaİran Islam Respublikası ilə əldə edilmiş razılığa əsasən də Araz körpüsünün tikintisi davam edir.

Teleqraf.com xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, qısa marşrut üzrə dəhlizin açılması ilə razılaşmanın tam yerinə yetirilməsi Ermənistanın öz öhdəliklərini yerinə yetirməsindən asılıdır: "Bununla bağlı son müsbət qərar yoxdur".


Müəllif: Məlik Məlikov
Chosen
51
teleqraf.com

1Sources