EN

Lotereyadan 33 milyon dollar qazanan adamın ürəyi dayandı

Noyabr ayında 202 milyon Braziliya realı (33,5 milyon ABŞ dolları) qazanan braziliyalının diş müalicəsi zamanı qəfil ürəyi dayanıb.

Yenisabah.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə G1 xəbər portalı məlumat yayıb.

Mato Qrosso ştatının Cuiaba şəhərindən olan 73 yaşlı Antonio Lopez Siqueira noyabrın 9-da keçirilən milli lotereyada böyük məbləğ udub. Onun cekpotu ölkə tarixindəki ən böyük on cekpot arasında yer alıb.

Zənginləşdikdən sonra o ilk olaraq dişlərini bərpa etməyə başlayıb. Elə hadisə də bundan sonra qeydə alınıb.

Hazırda polis araşdırmalarını davam etdirir və hadisənin konkret nədən baş verdiyini öyrənməyə çalışır.

Lotereya təşkilatçısının dediyinə görə, Siqueira uzun illər ərzində hər həftə Milli Lotereya biletləri alıb və hər dəfə zarafatla bir gün mütləq qalib gələcəyini deyib.


Telegram kanalımız
Chosen
29
1
yenisabah.az

2Sources