EN

Bakı Ermənistanın hərbiləşməsindən narazıdır

Ermənistana verilən hücum silahları ciddi narahatlıq doğurur. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. O, bu prosesdə Fransanın rolunu xüsusi olaraq qeyd edib.

"Təəssüf ki, Fransa beynəlxalq öhdəliklərinə və NATO və Avropa İttifaqının üzvü statusuna zidd olaraq, silahlanma proqramında iştirak edir", deyə o bildirib. 

Hacıyev hesab edir ki, təcavüzkar ölkəyə qarşı "müəyyən məhdudiyyətlər" tətbiq edilməlidir. O, İkinci Dünya Müharibəsindən sonra beynəlxalq münasibətlər təcrübəsini xatırladıb.

Buna görə Ermənistanın silahlanması "məsuliyyət parametrləri" çərçivəsində həyata keçirilməlidir, deyən Hacıyev hansı parametrlərdən söhbət getdiyinə dəqiqlik gətirməyib.

Chosen
30
turan.az

1Sources