EN

Ceyhun Bayramov: Ermənistanın Konstitusiya Məhkəməsinin qərarı vəziyyəti daha da mürəkkəbləşdirir

Sülh müqaviləsi ilə bağlı layihə preambula və 17 maddədən ibarətdir. Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb, iki maddə üzrə isə açıq suallarımız var. Həmin açıq suallar üzrə işlər davam edir. Artıq bir neçə raund danışıqlar və mətn mübadilələri həyata keçirilib. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb.

Herbiand.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, bundan əlavə, çox önəmli digər məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu faktıdır. “Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər bizi qane edə bilməz. Onu da qeyd etmək istərdim ki, Ermənistanın Konstitusiya Məhkəməsinin növbəti qərarı oldu. Belə ki, Konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyanın preambulasının dəyişməz olduğu və xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması barədə qərar qəbul edib. Hesab edirik ki, bu, vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki məhz Ermənistanın Konstitusiyanın preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var. Həmin Müstəqillik Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar yer alır”, - deyə nazir əlavə edib.

Chosen
6
7
herbiand.az

8Sources