EN

FTB rəhbəri istefa vermək istəyir


ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Kristofer Rey vaxtından əvvəl istefa vermək qərarına gəlib.
Yeniavaz.com
“Fox News” telekanalına istinadla xəbər verir ki, o, 2025-ci il yanvarın 20-də yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən əvvəl istefa vermək niyyətində olduğunu bildirib.
Ancaq o, postunu dəqiq nə vaxt tərk etmək niyyətində olduğunu açıqlamayıb.
Qeyd edək ki, dekabrın əvvəlində Tramp respublikaçının birinci dövründə təhlükəsizlik məsələləri ilə məşğul olmuş Keş Pateli FTB-nin rəhbəri vəzifəsinə irəli sürüb.
Xatırladaq ki, Rey 2017-ci ildə ilk Tramp administrasiyası zamanı büroya rəhbərlik edib. Büro rəhbərinin səlahiyyət müddəti 10 ildir, lakin “Associated Press”in qeyd etdiyi kimi, Trampın onun fəaliyyətindən uzun müddətdir narazı olduğunu nəzərə alsaq, Reyin istefası sürpriz deyil.
Chosen
11
yeniavaz.com

1Sources