EN

Bəşər Əsəd Suriyanı necə tərk edib? - DETALLAR

Bağlanan yollar, köhnə İL-76 və iki xüsusi təyinatlı - Bəşər Əsədin Suriyadan xilas edilməsi əməliyyatından film də çəkilə bilər.

“İki sahil” xəbər verir ki,  "Bloomberg"in mənbələri qaçış planının Rusiya kəşfiyyatı tərəfindən hazırlandığını iddia edir.

Məhz Rusiya kəşfiyyatı keçmiş prezidentin transponderləri söndürülmüş təyyarədə Rusiyaya transferini təşkil edib.

Bloomberg əmindir ki, Suriya lideri ölkəni Rusiyanın Xmeymim aviabazasından keçərək tərk edib. Baza paytaxtdan 300 km şimalda yerləşir, silahlı müxalifət məhz bu tərəfdən irəliləyirdi, ona görə də maşınla getmək təhlükəli idi. "Reuters" yazır ki, dekabrın 8-də Əsəd Dəməşq hava limanına çatıb və guya 1980-ci il İl-76 yük təyyarəsi ilə Homsa uçub.

Beləliklə, quru yolu getmək yarıya endirilib. Bir həftə əvvəlki döyüşlərin xəritəsi Homsdan Xmeymimə gedən yolun aydın olduğunu təsdiqləyir.

Dekabrın 8-də səhər saat 6-da təyyarə Homsa enib, aviabazaya gedən yol təxminən iki saatlıqıdr. Daha sonra Britaniya Yayım Korporasiyası daha bir şübhəli uçuşun skrinşotunu dərc edib: təyyarə transponderləri söndürülmüş halda Xmeymimdən havaya qalxıb, Türkiyə sərhədini keçərkən onları qısa müddətə işə salır və sonra yenidən radarlardan itir. Saat 21:00-da təyyarə Moskvaya enir - və eyni zamanda TASS Əsədin Rusiyadan sığınacaq aldığını bildirir.  Bəzi mənbələr Bəşər Əsədin ölkəni əslində məlum olandan bir neçə gün əvvəl tərk etdiyini yazırlar.

İddia edilir ki, Əsəd bir həftədən artıq idı ki, ictimaiyyət arasında görünmürdü. Dekabrın 1-də o, İranın xarici işlər nazirini Dəməşqdə qəbul edib. 

Ona görə də böyük ehtimalla yardım təkcə Rusiya kəşfiyyatından deyil, İrandan da edilib. Birgə səylər nəticəsində Əsəd nəhayət Rusiyaya çatıb. Ancaq burada başqa bir detal var: ertəsi gün TASS Rusiya bazalarının yerləşdiyi əyalətin müxalifətin nəzarətində olduğunu bildirib. Yəni Əsəd sözün əsl mənasında son şansından istifadə edib.

Chosen
27
ikisahil.az

1Sources