EN

Tramp Ukrayna münaqişəsini 24 saat ərzində həll edə bilməyəcək - ÖZƏL

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkiqabağı 24 saat ərzində sülhə nail olacağına dair verdiyi vədlərə baxmayaraq, Ukraynadakı münaqişənin tezliklə həllinə nail ola bilməyəcək.

Olaylar.az  xəbər verir ki, bunu hazırda Braziliya paytaxtında rəsmi səfərdə olan Slovakiyanın baş naziri Robert Fiko deyib.

"O, 24 saat ərzində müharibəni bitirəcəyinə söz verdi. Təbii ki, bu, seçki ritorikası idi, lakin o, münaqişənin həlli üçün hərəkətə keçməli olacaq və biz artıq bəzi qeyri-müəyyən bəyanatlar görürük", - Fiko bildirib.

Onun sözlərinə görə, Tramp administrasiyasının faktiki hərəkətləri siyasətçinin əvvəllər söylədiklərindən fərqli olacaq. Bununla belə, Fiko vurğulayıb ki, o, növbəti ABŞ liderinin "konstruktiv yanaşmasını alqışlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
olaylar.az

1Sources