EN

ABŞ-də FTB rəhbəri vəzifəsinə namizəd Keş Patel Zelenskinin fəaliyyətini araşdırmağı planlaşdırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri vəzifəsinə namizədi Keş Patel Ukrayna Prezidenti Volodimir Zelenskinin fəaliyyətini araşdırmağı planlaşdırır.
Oxu.Az-ın verdiyi məlumata görə, o bu barədə "Kash's Corner" podkastında məlumat verib.
Patel qeyd edib ki, Ukrayna administrasiyasının ABŞ Konqresinin vəsaitlərindən necə istifadə etdiyini müəyyənləşdirmək vacibdir.
"ABŞ xalqı bu suala cavab almalıdır, çünki bu bizim pulumuzdur. Bu, vergi ödəyicilərinin puludur. Konqresin sudan necə quru çıxdığını bilmirəm. Zelenski isə azadlıqdadır", - deyə Patel bildirib.
Chosen
4
oxu.az

1Sources