EN

Toy günü planlı şəkildə NƏLƏR ETMƏLİ? - ARAŞDIRMA

Heç kim istəməz ki, toy günündə stress keçirən gəlin olsun. Bu səbəblə, planlı şəkildə hərəkət etməyinizə və gəlinin toydan əvvəl nə etməli olduğunu xatırlamağınıza kömək edəcək "gəlinin toy günü siyahısı" hazırladıq.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Nəyi və nə vaxt etməli olduğunuzu əvvəlcədən müəyyənləşdirmək işinizi asanlaşdıracaq. Toy günündən bir gün əvvəl, toy zamanı qarşılaşa biləcəyiniz hər hansı bir problem halında yanınızda təcili gəlin çantası olması vacib amillər sırasındadır.

Toy günü nələr etməli?

- Günə erkən başlamalı olduğunuzu və yorucu bir gün yaşayacağınızı nəzərə alaraq, toy günündə kifayət qədər yuxu almağınız vacibdir.

- Təbii ki, etməli olduğunuz ilk şey yaxşı bir yuxudan sonra sizi rahat saxlamaq üçün hazırlanmış səhər yeməyi ilə günə başlamaqdır.

- Səhər yeməyindən sonra dərinizi günə hazırlamaq üçün hər zaman istifadə etdiyiniz maska ​​və kremlərdən istifadə edə bilərsiniz. Xüsusilə vurğulayaq ki, nə gözlədiyinizi bilmirsinizsə, yeni bir məhsulu sınamamalısınız.

- Baxımınızdan sonra isti duş qəbul edə bilərsiniz.
- Duşdan sonra isə gözəllik salonuna getməyin vaxtıdır. Bir gün əvvəl özünüzlə aparacağınız əşyaların siyahısını tərtib etmək faydalı olardı.

Makiyaj materiallarınızın suya davamlı olmasını təmin etmək üçün xüsusilə vizajistinizdən soruşmalısınız. Beləliklə, makiyajınızın axmayacağına əmin olacaqsınız.

Toydan əvvəl fotosessiya zamanı makiyaj materialları və ehtiyat ayaqqabının yanınızda olması faydalıdır. Bütün lazımi şeylər üçün çəkiliş aparacağınız yerin xüsusiyyətlərini nəzərə almanızı tövsiyə edirik.

Gəlin maşını bəzəmək üçün də narahat olmayın. Çünki bu, bəyin toy günü etməli olduğu işlərdəndir.

Toy günündə diqqət etməli olduğunuz ən əhəmiyyətli şey çox enerji sərf edəcəyiniz üçün ac qalmamaqdır. Fürsətiniz olanda qəlyanaltı da etməyə çalışın.

Bitki çayları da toy həyəcanını aradan qaldırmaq üçün günün xilaskarı ola bilər. Bu baxımdan xüsusilə limon və adaçayı tövsiyə edə bilərik. Ancaq gün ərzində həddindən artıq maye istehlakının qarşısını almaq da faydalıdır. Çünki gəlinlikdə tualetə getmək sizin üçün çətin ola bilər.

Toy günü görüləcək işləri əvvəlcədən sıralamaq lazımdır. Beləliklə, siz onların hamısı üçün orta vaxt təyin edə və heç bir gecikmə olmadan işi başa çatdıra bilərsiniz. Gəlinin hazırlığı tamamlandıqdan sonra görüləcək işləri aşağıdakı kimi sıralamaq olar:

- Bəy ilə ilk görüş,
- Gəlin maşını ilə evə getmək,
- Gəlin aparma mərasimi,
- Toy fotosessiyası (Toydan əvvəl və ya sonra edə bilərsiniz),
- Toy yerinə gedib dincəlmək,

Toy yerinə gəldikdən sonra toydan əvvəl və toy zamanı görüləcək işlər aşağıdakılardır:

- Toy axını ilə bağlı son yoxlamalar,
- Toy başlanğıcı və toy mərasimi,
- İlk rəqs,
- Musiqi və əyləncə,
- Tort kəsmə,
- Ailələrlə şəkil çəkdirmək,
- Gül atma mərasimi,

Ayşən Vəli

Chosen
31
sia.az

1Sources