Fransada aerokosmik sektorda ixtisarlar səbəbindən növbəti tətil olacaq. Ümumi Əmək Həmkarlar İttifaqı Konfederasiyası bu gün yeni aksiya keçirməyə çağırıb.
İstehsalın bir neçə saat dayanacağı gözlənilir.
Aznews.az xəbər verir ki , bundan əvvəl Airbus Fransada 540 nəfəri işsiz qoyaraq 2 mindən çox əməkdaşını ixtisar edəcəyini açıqlamışdı.
Aerokosmik istehsalçı "Thales Alenia Space" də 1000 fransız işçisini ixtisar etmək niyyətindədir. İxtisarların 2026-cı ilin ortalarına qədər olacağı gözlənilir.