EN

"Mütləq cavab veriləcək" - Kremldən qisas açıqlaması

Rusiya Taqanroq aerodromuna edilən ATACMS raket hücumuna mütləq cavab verəcək. 

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

"Rusiya Federasiyası Müdafiə Nazirliyinin dünənki tamamilə birmənalı və birbaşa bəyanatını xatırlatmaq istərdim. Bu bəyanata görə cavab veriləcək", - Peskov bildirib.

O vurğulayıb ki, cavab uyğun hesab edilən zaman və qaydada veriləcək. Ancaq bu, mütləq baş verəcək. 

Ağarza Elçinoğlu

Chosen
9
unikal.az

1Sources