"Unibank Kommersiya Bankı" ASC istiqraz buraxılışı yolu ilə 15 milyon dollar cəlb etməyə hazırlaşır.
Marja.az xəbər verir ki, bank hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 15 000 ədəd istiqraz buraxır.
Tədavül müddəti 6 il olan istiqrazlar üzrə illik faiz dərəcəsi 8%-dir.