EN

"Yaxın günlərdə Bakı-Balakən istiqamətində sərnişin daşınmasına başlanacaq"

Yaxın günlərdə Bakı-Balakən istiqamətində sərnişin daşınmasına start veriləcək.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbəri Rövşən Rüstəmov bildirib.

“Artıq deyə bilərəm ki, buna sayılı günlər qalıb. Tezliklə ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Hazırlıq işləri tamamlanmaq üzrədir: infrastruktur tam hazırdır, stansiyalarda təmir işləri yekunlaşır. Yaxın vaxtlarda bunun şahidi olacağıq”, - deyə R. Rüstəmov bildirib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 6 milyon 941,7 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % çoxdur.

ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7 milyon sərnişin daşıyıb.

© "Report" 

Bakı-Balakən
Chosen
14
2
marja.az

3Sources