UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda evdə "Monako"ya 3:0 hesabı ilə qalib gələn "Arsenal"ın baş məşqçisi Mİkel Arteta qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, BBC onun sözlərini belə çatdırıb:
"Oyuna cox yaxşı başladıq. Matçın birinci hissəsində fərqi artırmaq istəsək də, bunu bacarmadıq. Cempionlar Liqasında həmişə cətin anlar olur, ancaq biz bunu qeridə qoyduq. İkinci qoldan sonra oyunu tam nəzarətdə saxladıq.
Vurulan qollar fərqli idi. Biz də məhz bunu istəyirdik... İstəyirdik ki, oyunun hər fazası təhlükəli olsun. Daha cox qol vura bilərdik, amma bütün hallarda, çox razıyam".
Rafael