EN

TƏBİB: Havaların soyuması ilə bağlı təcili tibbi yardım və poliklinika xidmətlərinə müraciətlərdə kəskin artım yoxdur

Bakı, 12 dekabr, AZƏRTAC

Havaların soyuması ilə bağlı təcili tibbi yardım və poliklinika xidmətlərinə müraciətlərdə kəskin artım yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə müsahibəsində deyib.

“Kəskin respirator xəstəliklərinin mövsümi xarakter olaraq yayılması halları müşahidə edilir. Lakin xəstəxanalarda xəstə sayı baxımından sıxlıq yoxdur və tibb müəssisələrinə müraciət faizi normal səviyyədədir. Bununla bağlı kəskin artım müşahidə olunmur”, - deyə V.Qurbanov bildirib.

 

Chosen
2
2
azertag.az

3Sources