EN

Azərbaycanda kişi və qadın milliləri birləşdirildi - SƏBƏB

Azərbaycanın kişi və qadın taekvondoçulardan ibarət əsas yığmaları birləşdirilib.

Bu barədə açıqlama verən Taekvondo Federasiyasının mətbuat katibi Aysel Sultanova bildirib ki, bu addım məşq prosesinin daha səmərəli keçirilməsi üçün atılıb.

"Kişi və qadın millilərinin birləşdirilməsi qərarı dünya təcrübəsinə əsaslanır və məşq prosesinin səmərəli, eləcə də daha effektiv təşkili məqsədini daşıyır".

Qeyd edək ki, milli komandaya Məmməd Abdullayev rəhbərlik edəcək. Elnur Amanov böyük məşqçi funksiyasını yerinə yetirəcək. Günay Zeynalova isə komandaya köməkçi məşqçi təyin olunub.

Xatırladaq ki, Məmməd Abdullayev bunadək kişi taekvondoçulardan ibarət millini çalışdırırdı.

Anar Həsənov

Mənbə: oxu.az

Chosen
25
oxu.az

1Sources