EN

Bəşər Əsədin daha bir "manyak general"ı gizləndiyi yerdə qandallanıb - İnsanları diri-diri aslanlara yedirirmiş + FOTO

Rusiyaya qaçan Bəşər Əəsd ordusunun ən amansız generallarından daha biri gizləndiyi məkanda qandallanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müxalifsilahlı qruplarfın əməliyyatı ilə saxlanılan general Telal-El Dakkakı Həmada tutulub.

Məlumata görə, general məhkəməyə çıxarılacaq: "Dəhşətli müharibə cinayətlərində böuyük imza sahibi olan Telal-El Dakkakı 14 il ərzində amansız fəaliyyəti ilə seçilib. Onun savaş vaxtı əsir alınan şəxsləri sorğusuz-sualsız bəslədiyi aslanların qəfəsinə ataraq, onlara yem etmələri haqda onlarla dəhşət doğuran faktlar var. Şübhəsiz ki, bütün bunlar edama zəmin yaradacaq"

Xəbərdə o da deyilir ki, general Telal-El Dakkak əylənmək üçün tez-tez atları da aslanların qəfəsinə salıb, onlarınparçalanmasına xüsusi zövqlə tamaşa edərmiş: "O, ümumiyətlə, aslanların diri insan və atlarla bəslənmələrindən xüsusi zövq alan manyakdır.."

Tahir Şəlvəli

MİA.AZ

Chosen
20
2
mia.az

3Sources