İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Fordo nüvə obyektində təhlükəsizlik tədbirlərini gücləndirmək tələbi ilə razılaşıb.
İran uranın zənginləşdirilməsini silah səviyyəsinə çatdırdıqdan sonra BMT-nin nüvə nəzarəti orqanı tərəfindən dağın dərinliklərində yerləşən Fordo obyektində ciddi monitorinq aparmağa razılaşıb.
APA xəbər verir ki, bu barədə “Reuters” AEBA-nın məxfi hesabatına istinadən məlumat yayıb.
Keçən həftə AEBA İranın Fordoda zənginləşdirmə sürətini 60 faiz təmizliyə qədər artırdığını bildirib.