EN

Suriya qanunları dəyişdirilir

Suriyada vəzifəsi ölkənin əsas qanunlarına dəyişiklik etmək olacaq konstitusiya komitəsi yaradılacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına Suriya müxalifətinin siyasi departamentinin nümayəndəsi məlumat verib.

“Əvvəllər qəbul edilmiş konstitusiyaya yenidən baxılması və ona əlavə və dəyişikliklərin edilməsi üçün konstitusiya komitəsi yaradılacaq. Yeni Suriya ədalətə və qanuna əsaslanacaq, bədnam həbsxanalara yer qalmayacaq”, - deyə departamentin nümayəndəsi qeyd edib.

Chosen
21
4
sia.az

7Sources