EN

Hakan Fidan və İbrahim Kalın Suriyada - Al Jazeera

Türkiyə xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın başçılıq etdiyi Türkiyə heyəti Suriyanın paytaxtı Dəməşqi ziyarət edib.

Musavat.com xəbər verir ki, məlumatı Al Jazeera yayıb.

Türkiyə-Suriya münasibətlərinin normallaşması ilə bağlı müzakirələr son dövrlərdə intensivləşib. Bu səfərin iki ölkə arasındakı diplomatik münasibətlərin bərpasına yönəlmiş addımlar çərçivəsində olduğu ehtimal edilir. Hələlik görüşün məqsədi və nəticələri ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Türkiyə və Suriya arasında 2011-ci ildə başlayan vətəndaş müharibəsi səbəbilə münasibətlər kəskin şəkildə pozulmuşdu. İndiki şəraitdə bu səfər iki ölkə arasındakı gərginliyi azaltmaq və regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

Yenilənən məlumatlar təqdim olunacaq.

PS: Məlumatı Türkiyə mətbuatı hələlik təsdiqləməyib. Xəbərin gerçəklik əmsalına cavabdeh deyilik.

Musavat.com

Chosen
25
25
musavat.com

10Sources