EN

Polşanın Baş naziri: Atəşkəsdən sonra belə Ukraynaya qoşun göndərməyi planlaşdırmırıq

Varşava atəşkəsdən sonra belə Ukraynaya qoşun göndərməyi planlaşdırmır.

"Sherg.az" NextaTv-yə istinadən xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Donald Tusk bildirib.

"Fürsətdən istifadə edərək, atəşkəs və ya sülh əldə edildikdən sonra Ukraynada hər hansı ölkədən qoşunların olması ilə bağlı spekulyasiyalara son qoymaq istəyirəm. Polşanın hərəkətləri ilə bağlı qərarlar yalnız Varşavada veriləcək. Hələlik isə biz belə hərəkətlər planlaşdırmırıq" - o, deyib.


Chosen
13
sherg.az

1Sources