“Meta” şirkətinin baş direktoru, “Facebook”, “Instagram” və “WhatsApp” sosial media platformalarının sahibi Mark Zukerberq ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın andiçmə mərasimində istifadə olunmaq üçün ayrılan fonda 1 milyon dollar bağışlayıb.
Turkustan.az xəbər verir ki, "Wall Street Journal" (WSJ) qəzetinin məlumatına görə, Meta sözçüsü məsələ ilə bağlı açıqlama verib. Açıqlamada qeyd olunub ki, Mark Zukerberq ABŞ- ın seçilmiş prezidenti vəzifəsinə başlayacaq Donald Trampın andiçmə mərasiminin xərcləri üçün istifadə olunacaq fonda 1 milyon dollar bağışlayıb.
Şirkətdən ianənin səbəbi ilə bağlı açıqlama verilməsə də, ikili Trampın Floridadakı Mar-a-Laqo malikanəsində təşkil edilən şam yeməyində bir araya gəldikdən sonra edilən ianə “Zuckerberg-in müsbət inkişaf yolunda atdığı addım” olaraq qiymətləndirildi.
Aytən Yaşar/ Turkustan.az