EN

Polşa: "Ukraynaya qoşun göndərməyəcəyik"

Varşava Kiyevə maddi-texniki təchizat əməliyyatlarında kömək etmək niyyətindədir, amma əsgər göndərməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Skorski Avropa qoşunlarının Ukraynada mümkün sülhməramlı missiyası ilə bağlı məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, Polşanın Ukraynaya yardımda rolu logistika ilə təmin etməkdir: “Bu qoşunların göndərilməsi hələ ilkin fikirlərdir, amma bir şey aydındır: Polşanın Belarus və Rusiya ilə 600 kilometr sərhədi var, biz Ukrayna üçün bütün logistik əməliyyatları dəstəkləyirik və bəlkə də bu, bizim rolumuzdur, lakin biz qoşun göndərməyi düşünmürük".


Müəllif: Arzu
Chosen
20
50
teleqraf.com

10Sources