ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin israilli həmkarı İsrael Katzla telefonla danışıb.
Bu barədə Ostin özünün “X” səhifəsində yazıb.
Telefon danışığı zamanı ABŞ İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib:
“Mən vurğuladım ki, İsrail və "Hizbullah" tərəfindən noyabrın 26-da qəbul olunmuş atəşkəs davamlı sakitliyi bərpa edə və İsrail-Livan sərhədinin hər iki tərəfindəki sakinlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün şərait yarada bilər. ABŞ atəşkəsin həyata keçirilməsinə dəstək vermək üçün beynəlxalq tərəfdaşlarla sıx məsləhətləşmələr aparır”.
O, həmçinin ABŞ-nin Suriyadakı prosesləri diqqətlə izlədiyini diqqətə çatdırıb:
“ABŞ dinc və əhatəli siyasi keçidi dəstəkləyir. Mən Suriyadakı hadisələrlə bağlı ABŞ və İsrail arasında sıx məsləhətləşmənin vacibliyini vurğuladım. ABŞ-nin Qəzzadakı bütün girovların, o cümlədən Amerika vətəndaşlarının azad edilməsinə dair öhdəliklərini vurğuladım. Həmçinin İsrail hökumətini Qəzzada ağır humanitar şəraitin yaxşılaşdırılması üçün addımlar atmağa davam etməyə çağırdım”.
“Cebheinfo.az”