1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sumqayıtda dispanserdə ölüm faktı baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydə alınıb.
Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir.
Məlumata görə, o, dekabrın 10-da xəstəxanaya daxil olub, amma aparılan müalicəyə baxmayaraq iki gün sonra orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.