EN

Bütün Rusiya yolları mobil internetlə əhatə olunacaq…

...2030-cu ilə qədər Rusiyada federal magistralların 98 faizi mobil internetlə əhatə olunacaq. Bu barədə Rusiya Federasiyasının rəqəmsal inkişaf naziri Maksut Şadayev Federasiya Şurasında hökumət saatında danışıb.

SİA-nın məlumatına görə, nazir qeyd edib ki, sorunsuz mobil internet əhatəsi avtomobil yollarından istifadənin rahatlığını xeyli yaxşılaşdıracaq. Bu texnologiya sürücülərə və sərnişinlərə marşrutun istənilən nöqtəsində əlaqə saxlamağa imkan verəcək.

Hazırda M-11 Neva və M-12 Vostok magistrallarında Kazana gedən fasiləsiz mobil internet əhatəsi artıq həyata keçirilib. 2025-ci ildə M-5 Ural və M-8 Xolmogory magistrallarının İnternetə qoşulması, habelə M-12-də Yekaterinburqa əhatə dairəsinin daha da inkişafı üzrə işlərə başlanacaq.

Nazlı Almuradova

Chosen
51
sia.az

1Sources