EN

Rumıniyanın dağlıq bölgəsində xilas edilən ilk pişik balası...

...Bir müddət bundan əvvəl xilasedicilər səfərbərlikdən qaçmış ukraynalı Vladislav Duda ilə birlikdə “Persik” adlı pişik balasını Rumıniya dərəsində tapıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Associated Press yazır.

Pişik balası kişinin pencəyinin altında imiş.

...Mən xoşbəxtəm, çünki pişiyim sağdır. Ən xoşbəxt an odur ki, pişiyin burada yanımda olmasıdır.

Duda bunu xilasedicilərtərəfindən tapılan zaman deyib.

...Fərari və onun pişik balası dörd gün imiş ki yemək yeməmişdilər. Onlar mənfi on dərəcə temperaturda 400 m dərinlikdə olan dərədə olublar. Xilasedicilər onları qaldırmağa beş saatdan çox vaxt sərf ediblər.

...Xahiş edirəm, pişiyə diqqət yetirin.

Qeyd edək ki, sözlərini Maramures Dağ Xilasetmə Xidmətinin direktoru Dan Benqa çatdırıb.

Pişik balası baytarlıq yardımı alıb.

Donu ölməkdən qurtulan, ukraynalı fərari indi iltihab əleyhinə dərmanlar və qan dövranını yaxşılaşdırmaq üçün vasitələr qəbul edir.

Nəşr qeyd edir ki, “Persik” Rumıniyanın dağlıq bölgəsində xilas edilən ilk pişikdir.

Duda isə2022-ci ilin fevralından bəri Maramuresdə xilas edilən 160-dan çox ukraynalı fəraridən biridir.

O da qeyd edilməlidir ki, daha bu ərazidəfərarilik edən 16 nəfər ukraynalının meyititapılıb.

...Və onu da əlavə edək ki, Maramures Ukrayna ilə sərhəddə Karpat dağlarının ən dağlıq və əlçatmaz hissəsidir.

SİA-nın əlavəsi: Deyim ki, dünyanın ən etibarsız heyvanı kimi təqdim edilən pişik, ən çox şaxtaya davamlı heyvandır. Onu da deyim ki, əgər ağ ayılar 80 dərəcə şaxtaya dözürlərsə,pişiklərdə bu göstərici daha çoxdur...hətta elmi sübutlara görə, onlar 120 dərəcə şaxtaya dözürlər..?

Əli Babayev

Chosen
39
sia.az

1Sources