EN

Birmingemdə karusel qəzası nəticəsində 13 nəfər yaralanıb

Bakı. Trend:

Birmingem şəhərinin mərkəzindəki Milad bazarında zəncirlikarusel qəzası baş verib, nəticədə 13 nəfər xəsarət alıb.

Trend Sky News-aistinadən xəbər verir ki, attraksion “sınıb və yerə düşüb”.Hadisənin, insanların mindiyi zaman karuselin zəncirlərininqırılması ilə əlaqəli olduğu iddia edilir.

West Midlands Təcili Yardım Xidmətinin məlumatına görə, xəsarətalan 13 nəfərə hadisə yerində tibbi yardım göstərilib.Yaralanmaları ciddi olmayan iki qadın xəstəxanaya çatdırılıb,digərlərinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb.

İlçe yanğınsöndürmə idarəsi attraksionun bir hissəsinin hərəkətzamanı yerə düşdüyünü bildirib. BBC-nin məlumatına əsasən, bukarusel qoşa oturacaqda oturan insanları 55 metr hündürlüyəqaldırır.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma davam edir.

Chosen
47
az.trend.az

1Sources