Moldova Rusiya qazının Ukrayna ərazisindən tranzitinin mümkün dayandırılması halında humanitar böhran təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edəcək.
“Report” xəbər verir ki, müvafiq sənəd ölkəni Baş naziri Dorin Recanın təklifi ilə parlament tərəfindən təsdiqlənib.
“16 dekabr 2024-cü il tarixindən etibarən Moldova Respublikasının bütün ərazisində 60 günlük müddətə fövqəladə vəziyyət elan edilsin”, - sənəddə deyilir.
Bu müddət ərzində hökumətin Fövqəladə Hallar Komissiyasına həm dövlət orqanları, həm də təsərrüfat subyektləri üçün məcburi olan sərəncamlar vermək səlahiyyəti verilir.