EN

Rumıniya və Bolqarıstan Şengen zonasının tamhüquqlu üzvü olacaq

Bakı. Trend:

Rumıniya və Bolqarıstan 2025-ci ildən Şengen zonasınıntamhüquqlu üzvü olacaq

Trend-inməlumatına görə, xarici mediaya istinadən, Rumıniya və Bolqarıstan2025-ci il yanvarın 1-dən Şengen zonasının tamhüquqlu üzvləriolacaqlar. Bu qərar Aİ ölkələri nazirləri tərəfindən qəbul edilib.Şengen zonasına qoşulma qərarı, Sofiya və Buxarestin Şengenə qəbuledilməsinin ən böyük əleyhdarı olan Avstriyanın vetosunun ləğvedilməsindən sonra mümkün olub. Aİ Şurasına sədrlik edənMacarıstandan verilən açıqlamaya görə, bu, Bolqarıstan, Rumıniya vəbütün Avropa üçün böyük bir qələbədir.

2007-ci ildə Bolqarıstan və Rumıniya Şengen qanunvericiliyiniqismən tətbiq edərək hava və dəniz sərhədlərini açmış, lakin qurumarşrutlarda hələ də nəzarət saxlanmışdı. Aİ-nin bəzı köhnə üzvlərimiqrant axını riski ilə bağlı narahat olduqları üçün buna qarşıçıxırdılar.

Quru sərhədlərinin açılması ilə bağlı danışıqlar 2024-cü ilərzində davam edib və nəticədə Avstriya qeyri-qanuni mühacir axınırisklərinin azaldığını etiraf edib.

Əvvəlcə Avropa Komissiyası bildirmişdi ki, hər iki ölkə Şengenzonasının bütün tələblərinə uyğun gəlir. Bu meyarlar, o cümlədən,xarici sərhədlərə nəzarət, qonşularla polis əməkdaşlığı və Şengenİnformasiya Sistemindən istifadəyə aid məsələləri əhatə edir.

1985-ci ildə yaradılan Şengen zonası 400 milyon insana sərhədyoxlaması olmadan Avropada sərbəst hərəkət və səyahət imkanıverir.

Chosen
48
az.trend.az

1Sources