Türkiyənin Afyonkarahisar vilayətinin Sultandağı rayonunda 3,9bal gücündə zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yerli vaxtla 07.35-də qeydə alınmış zəlzələnin episentri 12.51 km dərinlikdə yerləşib.
Şəbnəm Mehdizadə