EN

Latviyadan qəribə təklif: Sülh üçün silahlandırın!

Kiyevə əlavə silah-sursat verməklə Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə bağlı danışıqlara cəlb etmək lazımdır. Bunu Bloomberg agentliyinə müsahibəsində Latviyanın xarici işlər naziri Bayba Braze deyib.

“Biz inanırıq ki, Ukraynaya faktiki olaraq uzaqmənzilli silahların verilməsi sülhün bərqərar olmasını sürətləndirəcək. Çünki bu, Rusiyanı Ukrayna şəhərlərinə hücum etmək, onları yerlə-yeksan etmək və əraziləri ələ keçirmək imkanından məhrum edəcək”, -o vurğulayıb.

Agentliyin yazmasına görə, Braze belə hesab edir ki, ABŞ və müttəfiqləri Putinə təzyiq göstərmək və onu danışıqlara razı salmaq üçün Ukraynaya silah axınını dəstəkləməlidir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
21
news365.az

1Sources