EN

Ərdoğan Blinkenlə görüşdü - Nə danışdılar?- FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib. 

Milli.Az xəbər verir ki, prezident Ərdoğanın xarici işlər naziri Antoni Blinkeni qəbul etməsi ilə bağlı ABŞ-dan yazılı açıqlama verilib.

Görüş zamanı "ABŞ və Türkiyə arasında güclü regional əməkdaşlıq" və "Suriyadakı siyasi keçid prosesinin dəstəklənməsi" mövzuları müzakirə edilib.

Açıqlamada Blinkenin Suriyadakı məcburi köçkünlərə yardımların çatdırılmasının və İŞİD əleyhinə koalisiyanın missiyasının davam etdirilməsinin vacibliyinə diqqət çəkdiyi bildirilib. Qeyd olunub ki, dövlət katibi Blinken də Qəzzada təcili atəşkəs sazişinin bağlanmasının zəruriliyi ilə bağlı fikirlərini bildirib.

Qeyd edək ki, Esenboğa hava limanında mətbuata qapalı keçirilən ziyafətdə xarici işlər naziri Hakan Fidan, prezidentin kommunikasiya direktoru Fahrettin Altun, prezidentin özəl katibi və səfir Həsən Doğan, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
3
milli.az

1Sources