EN

Türkiyə Dəməşqə müvəqqəti işlər vəkili təyin edib

Türkiyənin Nuakşotdakı səfiri Burhan Köroğlu Dəməşqdəki səfirliyin müvəqqəti işlər vəkili təyin edilib.

Türkiyə mətbuatı xəbər verir ki, Suriyada 53 illik Əsəd rejiminin süqutundan sonra Türkiyə 12 il əvvəl Dəməşqdə bağladığı səfirliyini yenidən aktivləşdirir.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Türkiyənin Nuakşotdakı səfiri Köroğlu Dəməşqdəki səfirliyin müvəqqəti işlər vəkili təyin edilib.

Qeyd edək ki, Türkiyə səfirliyi rejimin dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etdiyi dövrdə bir müddət fəaliyyətini davam etdirib. Lakin 26 mart 2012-ci ildə səfirlik gündəlik fəaliyyətini dayandırmaq qərarına gəlib və Türkiyəyə qayıdıb.

Chosen
32
3
veteninfo.az

10Sources