EN

Bankomatların fəaliyyətində DAYANMALAR – Nağdlaşdırmada niyə problemlər var?

Ötən gün Səbail rayonu, 20-ci sahə dairəsində bankomatlardan nağd vəsait əldə etmək mümkün olmayıb. Sakinlər bildiriblər ki, problem bir neçə saat davam edib.

Qeyd edək ki, paytaxtın müxtəlif ərazilərində bu cür hallar tez-tez baş verir. Bəzən bankomatlarda pul olmur, bəzən isə pul olsa da, nağlaşdırmaqla bağlı problemlər yaranır.

Bankomatların fəaliyyətində belə problemlərin yaranmasının səbəbi nədir?

Hüquqşünas Əkrəm Həsənovun fikrincə, hər bir bankın bununla bağlı öz planı var:

“Banklar həftədə neçə dəfə hansı bankomata pul qoyulacağını planlayır. Bu plan da əvvəlki dövrlərin statistikasına əsasən, həyata keçirilir. Yəni həmin statistikaya görə, onlar həftə ərzində istifadə olunacaq vəsaiti, eyni zamanda pulun neçə dəfə qoyulacağını müəyyənləşdirirlər.

Görünür, hansısa bankların müştəriləri həmin ərəfədə xeyli nəğd pulu çıxarıblar. Çünki hər ərazidə bankların bir, yaxud iki bankomatı ola bilər. Əgər həmin ərazidəki bütün bankomatlarda pul yoxdursa, bu o deməkdir ki, eyni vaxtda bir neçə bankda bu baş verir”.


Ekspert deyir ki, bu, banklarda pul yoxdur anlamına gəlmir:

“Məncə, bunun elə bir qlobal səbəbi yoxdur. Sadəcə, banklar bankomatlara pulu qoymağı çatdırmayıblar. Yaxud da kiməsə çox nağd pul lazım olub. O da pulu çəkdiyi üçün belə vəziyyət yaradıb. Amma bu, yenə də deyirəm, hansısa qlobal problemdən qaynaqlanmır. O demək deyil ki, ölkədə pul yoxdur, nağd pul qıtlığı yaranıb. Belə situasiyada vətəndaş öz bankına gedib ordan pul çıxara bilər”.


Rəna Cumaqızı, Bizim.Media

Chosen
5
1
bizim.media

2Sources