EN

Dövlət Məşğulluq Agentliyi Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” jurnalınınbeynəlxalq müsabiqəsində üç mükafat qazanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Birləşmiş Krallıqda yerləşən "Global Brands Magazine" jurnalının  "Global Brands Awards" beynəlxalq müsabiqəsində üç kateqoriya üzrə uğur əldə edib. 

Agentlik müsabiqənin "Ən Yaxşı Məşğulluğa Dəstək Agentliyi", "İşçi Qüvvəsinin İnkişafında Mükəmməllik", "Aparıcı Dövlət Məşğulluq Agentliyi" kateqoriyaları üzrə qalib seçilib. 

Agentliyin adı qalib olaraq "Global Brand Award" mükafatının rəsmi səhifəsində də yer alıb.

Müsabiqə müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatların uğurlu iş təcrübələrini qlobal səviyyədə tanıtmaq məqsədi ilə təsis edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
6
olaylar.az

7Sources