EN

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Cümə axşamı günü Avropa Mərkəzi Bankının (ECB) keçirilən iclasının nəticələrinə əsasən, tənzimləyici qurum uçot faiz dərəcəsini 25 baza bəndi azaldıb. Göstərici 3.40%-dən 3.15%-ə qədər endirilib. Qeyd etmək lazımdır ki, ECB ardıcıl dördüncü iclasında uçot dərəcəsini endirdi. Toplantıdan sonra mətbuat konfransında çıxış edən tənzimləyici qurumun sədri Kristin Laqard qeyd edib ki, Avropa Mərkəzi Bankı inflyasiya üzərində qələbəni elan etməyə hələ hazır deyil, ona görə də, monetar siyasətin kursu məhdudlaşdırıcı olaraq qalır.

Faiz dərəcəsi ilə bağlı ECB-nin qərarı fonunda EURUSD valyuta cütlüyündə kəskin volatillik müşahidə olunub. Belə ki, cütlük bir neçə saat ərzində 1.0464 və 1.0520 hədləri aralığında sürətli şəkildə dəyişib. EURGBP cütlüyündə isə məzənnə 0.8230 səviyyəsindən 0.8271 səviyyəsinə qədər bahalaşıb. Qızıl ötən gün ticarət sessiyasının əvvəlində 2726$ səviyyəsində ticarət olunsa da, gün ərzində 2675$ səviyyəsinə qədər ucuzlaşıb. Hal-hazırda isə dəyərli metal 2686$ civarında ticarət olunur.

Eləcə də, dünən İsveçrə Milli Bankı (SNB) uçot faiz dərəcəsini 50 bənd azaldaraq illik 0.5%-ə qədər endirib. ABŞ-da İstehsal Qiymətləri İndeksi (PPI) noyabr ayında illik ifadədə 3% təşkil edib. İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı isə keçən həftə ilə müqayisədə 18 min artaraq 242 minə çatıb. Yaponiyada Sənaye Sektorunda İstehsal Həcmi sentyabr ayı ilə müqayisədə oktyabr ayında 2.8% artıb. 

Bugün Böyük Britaniyada açıqlanacaq statistik məlumatlar investorların diqqət mərkəzində olacaq. Belə ki, analitiklərin proqnozlarına əsasən oktyabr ayında Birləşmiş Krallığın ÜDM-i aylıq ifadədə 0.1%, sənaye istehsalı isə 0.3% artıb. Həmçinin, İngiltərədə və Almaniyada Tİcarət Saldosu göstəriciləri dərc olunacaq.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. 

Chosen
38
1
marja.az

2Sources