EN

Makron bu gün Fransanın yeni Baş nazirini təyin edəcək


Fransa Prezidenti Emmanuel Makron bu gün ölkənin yeni Baş nazirini elan edecək.

APA xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat yayıb.

Bildirilib ki, Makron yeni Baş nazirin təyinatını bu gün elan etməyə hazırlaşır.

Xatırladaq ki, Mişel Barnier cəmi üç ay vəzifədə qaldıqdan sonra Baş nazir vəzifəsindən istefa verib.

Baş nazir vəzifəsinə namizədlər arasında veteran mərkəzçi Fransua Bayrou, hazırkı müdafiə naziri Sebastien Lecornu, keçmiş xarici işlər naziri Jan-İv Le Drian və keçmiş Baş nazir Bernard Cazeneuve var.

Chosen
9
4
apa.az

5Sources