Bakıda şirkətdən 15700 manatlıq mənimsəmə olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Məlumata görə, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olub.
Araşdırma aparılır.
"Cebheinfo.az"